İki hakimin vəzifəsi dəyişdirilir

 İki hakimin vəzifəsi dəyişdirilir
  27 Dekabr 2018    Oxunub:2043
Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin iki hakiminin vəzifədən azad edilməsi təklif olunur.
Azvision.az xəbər verir ki, bu barədə Milli Məclisin sabah keçiriləcək plenar iclasının gündəliyinə məsələ daxil edilib.

Belə ki, iclasda Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin hakimləri Polad Həsənovun və Qabil Məmmədovun vəzifələrinin dəyişdirilməsi ilə əlaqədar onların Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin hakimi vəzifəsindən azad edilməsi məsələsinə baxılacaq.

Anar Kəlbiyev
Azvision.az


Teqlər: Naxçıvan   Hakim  





Xəbər lenti