Təhsilə ayrılan vəsait yenidən artırılacaq - Deputat
Deputat hesab edir ki, yaxın gələcəkdə bu sahədə qeyri-neft sektorunun yükü artırılacaq.
“Aparılan proqnozlara baxsaq, 2017-ci ilin büdcəsinin formalaşmasında neft sektorunun payı 27 faiz olacaq. Bu gün neftin ÜDM-də isə xüsusi çəkisi 41 faiz təşkil edəcək. 2017-ci ildə bu 27 faiz təşkil edəcək. Bu bir daha göstərir ki, qeyri neft sektoru Azərbaycanda artıq oturuşmuş bir sistemdir və bunun nəticəsində büdcə gəlirləri artacaq”.
Ş.Hacıyevin sözlərinə görə, ötən il təhsil xərcləri keçən il 12 faiz olub: “ Təhsil xərcləri gələn ilin büdcəsində 15 faiz artılacaq, mədəniyyət də bu civarda olacaq. Sosial sahələrə ayrılan vəsaitələrin həcmi ÜDM, həm də büdcə xərclərində çəkisi ilbəil artacaq. Təhsildə islahatların və effektivliyin artıılması məqsədilə bir sıra layihələr həıyata keçirilir. Bunun üçün kifayət qədər vəsait ayrılıb. Belə ki, növbəti ilin büdcəsində təhsil üçün 1 milyard 653 milyon manat vəsaitin artılacağı gözlənilir”-deyə, deputat qeyd edib.
Sevinc İltifatqızı