Azərbaycana qarşı casusluq edən 19 nəfər aşkarlanıb

   Azərbaycana qarşı casusluq edən 19 nəfər aşkarlanıb
  14 Dekabr 2018    Oxunub:6866
Azərbaycana qarşı kəşfiyyat-pozuculuq fəaliyyəti məqsədilə xarici xüsusi xidmət orqanları ilə əlaqədə şübhəli bilinən 19 nəfər, məxfi əməkdaşlığa cəlb olunmuş 3 nəfər müəyyən edilib.
Azvision.az xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidmətinin 2018-ci ildə xidməti-döyüş fəaliyyətinin yekunlarına həsr olunmuş hesabat müşavirəsində bildirilib.

Qeyd edilib ki, cari il ərzində xarici münaqişə zonalarında döyüşmüş 8 nəfərin şəxsiyyəti müəyyən olun­ub, onlardan 5 nəfər Azərbaycan vətəndaşı saxla­nılıb, qanunsuz miq­rasiya ilə məşğul olan 9 qrup, qaçaqmalçılıq, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan 16 mütəşəkkil cinayətkar dəstə zərər­sizləşdirilib.

Azvision.az



Teqlər: DSX  





Xəbər lenti