NATO Müdafiə Kollecinin nümayəndə heyəti ölkəmizdə səfərdədir

NATO Müdafiə Kollecinin nümayəndə heyəti ölkəmizdə səfərdədir
  13 Dekabr 2018    Oxunub:1722
Roma (İtaliya Respublikası) şəhərində yerləşən NATO Müdafiə Kollecinin nümayəndə heyətinin Azərbaycana akademik səfəri başlayıb.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, müxtəlif ölkələri təmsil edən yüz nəfərədək dinləyici və müəllim ölkəmizin iqtisadi, coğrafi, mədəni, tarixi, siyasi və təhlükəsizlik mühiti ilə tanış olacaqlar.

Səfər çərçivəsində müxtəlif dövlət qurumları və ali təhsil müəssisələrini ziyarət edəcək qonaqlara Azərbaycanın sosial-iqtisadi inkişafı, hərbi qüdrəti və qlobal təhlükəsizliyə verdiyi töhfəsi, eləcə də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında brifinqlər təqdim ediləcək.

Azvision.az


Teqlər: NATO   Bakı   MN  





Xəbər lenti