Cari ilin oktyabrında 55 min 6 ton dizel yanacağı ixrac edilib

Cari ilin oktyabrında 55 min 6 ton dizel yanacağı ixrac edilib
  03 Noyabr 2013    Oxunub:1232
AzVision.az xəbər verir ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) marketinq və iqtisadi əməliyyatlar idarəsi cari ilin oktyabrında 55 min 6 ton dizel, 12 min 215 ton təyyarə yanacağı ixrac edilib.
ARDNŞ-nin mətbuat xidmətindən bildiriblər ki, ümumilikdə, 2013-cü ilin yanvar-oktyabr ayları ərzində 14 min 34 ton avtomobil benzini, 744 min 280 ton dizel, 108 min 641 ton təyyarə yanacağı ixrac edilib.

Cari ilin oktyabrında dünya bazarında etilləşdirilmiş benzinin qiyməti (1 ton üçün) - 943,41 ABŞ dolları, təyyarə yanacağının - 975,41 dollar, dizel yanacağının - 927,12 dollar, 1 faizli kükürdlü mazutun - 601,22 dollar təşkil edib.


Teqlər:





Xəbər lenti