“Mənə “Skype”la danışmaq imkanı verilib” - Erməni əsir
Azvision.az xəbər verir ki, bunu hazırda Azərbaycanda həbsdə olan erməni hərbi qulluqçu Arsen Baqdasaryan deyib.
Baqdasaryan bildirib ki, o, həbsxanada hazırda Çin dilini öyrənir: "Mənə kitab oxumağa və sifariş etməyə də icazə verilib. Bu müddət ərzində rus və ingilis dillərində biliklərimi təkmilləşdirmişəm. Hazırda Çin dilini öyrənirəm".
Qeyd edəkki, 1994-cü il təvəllüdlü Arsen Eduardoviç Baqdasaryan 2014-cü il dekabrın 26-da Azərbaycanın Ağdam rayonunda qoşunların təmas xəttində təxribata cəhd edərkən saxlanılıb, Gəncə Ağır Cinayətlər Məhkəməsinin 2015-ci il 5 may tarixli qətnaməsi ilə 15 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.
Azvision.az
Teqlər: Erməni Əsir Bağdasaryan