Dağda ölən kişinin meyiti çaydan tapıldı

Dağda ölən kişinin meyiti çaydan tapıldı
  11 Noyabr 2018    Oxunub:2430
Qəbələ rayonunun Həmzəli kəndində dağlıq ərazidə olarkən yüksəklikdən yıxıldığı bildirilən 1975-ci il təvəllüdlü Mehralıyev Sadiq Mamed oğlunun meyitinin Həmzəli çayından götürülməsi üzrə tədbirlər başa çatıb.
Azvision.az FHN-ə istinadən xəbər verir ki, S.Mehralıyevin meyiti aidiyyəti üzrə təhvil verilib.

Çətin keçilən mürəkkəb relyefli ərazidə aparılan əməliyyata Fövqəladə Hallar Nazirliyinin Şimal-qərb Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri cəlb olunub.

Azvision.az




Teqlər: FHN  





Xəbər lenti