Saatlıda ağır qəza: Ata və 1 yaşlı oğlu öldü

 Saatlıda ağır qəza:  Ata və 1 yaşlı oğlu öldü
  11 Noyabr 2018    Oxunub:3460
Saatlıda 2 nəfərin ölümü ilə nəticələnən ağır yol qəzası baş verib.
Azvision.az “Report”a istinadən xəbər verir ki, hadisə rayonun Bəylik kəndi ərazisində baş verib.

1984-cü il təvəllüdlü Bakı sakini Qəmbərov Şamo Səlamət oğlunun idarə etdiyi “Opel” markalı avtomobil yol kənarındakı dirəyə çırpılıb.

Qəza nəticəsində Ş.Qəmbərov və 1 yaşlı oğlu Rauf dünyasını dəyişib. Faktla bağlı ərazidə araşdırma aparılır.

Azvision.az





Teqlər: Saatlı   Qəza  





Xəbər lenti