“Amaliya Pənahovanın ölümünə çox üzüldüm” - Rasim Balayev

“Amaliya Pənahovanın ölümünə çox üzüldüm” -  Rasim Balayev
  08 Noyabr 2018    Oxunub:3850
"Amaliya Pənahovanın ölümünə çox üzüldüm. Xəbəri eşidəndə pis oldum. Mənim üçün gözlənilməz oldu"
Bunu Azvision.az-a açıqlamasında Xalq artisti, tanımış aktyor Rasim Balayev bildirib.

Hazırda Türkiyədə olduğunu deyən R.Balayev həmkarının vida mərasimində iştirak edə bilməyəcəyini söyləyib.

"Ürəyimdə problem var, Ankaraya müayinəyə gəlmişəm. Amma sənət yoldaşımın belə ölümü acı xəbər oldu. Bu, Azərbaycan teatrı üçün böyük itkidir".

Şahanə Rəhimli
Azvision.az



Teqlər: Rasim-Balayev  





Xəbər lenti