Ucarda “Ford” qoyun sürüsünü vurub

Ucarda “Ford” qoyun sürüsünü vurub
  08 Noyabr 2018    Oxunub:3402
Ucar rayonu ərazisində “Ford Transit” markalı avtomobillə qəflətən yolun hərəkət hissəsinə çıxmış qoyun sürüsü vurulub.
Azvision.az DİN-ə istinadən xəbər verir ki, noyabrın 8-də saat 3 radələrində Ucar rayonunun Müsüslü kəndi ərazisində Ağdam rayon sakini Yusifəli İsmayılov idarə etdiyi “Ford Transit” markalı avtomobillə qəflətən yolun hərəkət hissəsinə çıxıb, Ucar rayon sakini Qurban Hacıyevə məxsus qoyun sürüsünü vurub və nəticədə 42 baş qoyun tələf olub.

Y.İsmayılov izahatında dövlət qeydiyyat nişanlarını görmədiyi “KamAZ” markalı avtomobilin də heyvan sürüsünün üzərindən keçərək getməsini bildirib. BDYPİ tərəfindən araşdırma aparılır.

Azvision.az



Teqlər: DİN   Ucar   Qəza  





Xəbər lenti