Dənizdə köməksiz qalan iki balıqçı xilas edildi - Yenilənib

  08 Noyabr 2018    Oxunub : 2161
 Dənizdə köməksiz qalan iki balıqçı xilas edildi - Yenilənib
Xəzərdə təhlükə qarşısında qalan 2 balıqçı xilas edilib.
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Dəniz Agentliyinin Mətbuat xidmətindən Azvision.az-a verilən məlumata görə, xilasetmə əməliyyatlarının koordinasiyasını həyata keçirən Milli Mərkəz tərəfindən operativliyi təmin etmək məqsədilə Fövqəladə Hallar Nazirliyinin sürətli qayığı hadisə yerinə cəlb edilib. Balıqçılar FHN xilasedicilərinin müşayiəti ilə sahilə çatdırılıb.

İlk anda yaxınlıqda olan və hadisə yerinə yönəldilən "Xəzər Dəniz Gəmiçiliyi" Qapalı Səhmdar Cəmiyyətinə məxsus “Bakinskaya - 3” gəmisi geri çağırılıb.

***
(14:00)

Novxanıdan taxta qayıqla dənizə çıxan 2 balıqçı təhlükə qarşısındadır.

Nəqliyyat, Rabitə və Yüksək Texnologilayalar Nazirliyi yanında Dövlət Dəniz Agentliyinin Mətbuat xidmətindən Azvision.az-a verilən xəbərə görə, bu gün saat 12:44 radələrində Novxanı qəsəbəsindən taxta qayıqla dənizə çıxan 2 balıqçının təhlükə ilə üzləşməsi barədə Agentliyin Milli Mərkəzinə məlumat daxil olub. Məlumatda bildirilib ki, sahildən 10 km məsafədə qayığın hərəkət vericisi xarab olduğundan su axını balıqçılar olan qayığı açıq dənizə doğru aparır.

Milli Mərkəz tərəfindən dərhal hadisə barədə aidiyyəti qurumlar məlumatlandırılıb. "Xəzər Dəniz Gəmiçiliyi" Qapalı Səhmdar Cəmiyyətinə məxsus “Bakinskaya - 3” gəmisi kömək üçün hadisə yerinə yönəldilib. Hazırda Milli Mərkəz tərəfindən xilasetmə əməliyyatlarının koodinasiyası həyata keçirlir.





Azvision.az

Teqlər: Dəniz   Balıqçı