Yağışlı hava nə vaxta kimi davam edəcək? - Proqnoz

 Yağışlı hava nə vaxta kimi davam edəcək? -  Proqnoz
  08 Noyabr 2018    Oxunub:3473
Sabah ölkə ərazisində gözlənilən hava şəraiti ilə bağlı məlumat açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Azvision.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında sabah arabir yağış yağacağı gözlənilir. Gecə və səhər bəzi yerlərdə yağışın leysan xarakterli intensiv olacağı ehtimalı var. Şimal-qərb küləyi əsəcək.

Havanın temperaturu Bakıda və Abşeron yarımadasında gecə 8-10, gündüz 14-16 dərəcə isti təşkil edəcək. Atmosfer təzyiqi normadan yüksək 767 mm civə sütunu, nisbi rütubət 80-90 faiz olacaq.

Azərbaycanın rayonlarında noyabrın 9-da hava şəraiti əsasən yağmursuz keçəcək. Lakin Lənkəran-Astara zonasında arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağışın intensiv olacağı ehtimalı var. Səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 7-11, gündüz 13-18 dərəcə isti, dağlarda gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 4-9 dərəcə isti təşkil edəcək.

Bakıda və Abşeron yarımadasında arabir yağışlı hava şəraiti noyabrın 9-u gündüzədək davam edəcək. Gecə və səhər yağışın bəzi yerlərdə leysan xarakterli intensiv olacağı ehtimalı var.

Azvision.az



Teqlər: ETSN   Hava   Yağış  





Xəbər lenti