Dini Komitənin maşınlarının sayı artırıldı

Dini Komitənin maşınlarının sayı artırıldı
  08 Noyabr 2018    Oxunub:1256
Dövlət büdcəsindən maliyyələşən idarə, müəssisə və təşkilatlarda nəqliyyat vasitələrindən istifadə qaydalarının təkmilləşdirilməsi haqqında qərara dəyişiklik edilib.
Azvision.az xəbər verir ki, bu barədə qərarı Baş nazir Novruz Məmmədov imzalayıb.

Qərara əsasən, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin avtomobillərinin cəmi say həddi (limiti) 14-dən 20-dək artırılıb. Eyni zamanda komitənin ərazi və yerli bölmələr üzrə avtomobillərin say limiti 9 avtomobildən 15 avtomobilədək artlrlıb.

Azvision.az



Teqlər: Dini-Komitə   Maşın  





Xəbər lenti