Naxçıvanda yenə heç kimin kommunal borcu yoxdur
Statistikadan görünür ki, Naxçıvan MR-da abonentlərin qaz pulu borcu qeydə alınmayıb.
Həmçinin Dövlət Energetika Xidməti üzrə 2018-ci ilin oktyabr ayında verilən elektrik enerjisinin miqdarı, elektrik enerjisi satışından toplanan vəsait və ödənilmə faizi məlum olub. Belə ki, muxtar respublikanın şəhər və rayonlarında elektrik enerji ödənişi 100% nəticə ilə yerinə yetirilib. Abonentlərin borcu qeydə alınmayıb.
Qeyd olunub ki, oktyabr ayında texniki itki nəzərə alınmaqla daxil olan 32 milyon 797 min kilovat-saat elektrik enerjisinin dəyəri 2 milyon 783 min 300 manat olub, cəmi 2 milyon 782 min 900 manat vəsait toplanıb ki, bu da istifadə olunan enerjinin dəyərinin 100,0 faizini təşkil edir.
Anar Kəlbiyev
Azvision.az
Teqlər: Qaz Energetika Naxçıvan