Sumqayıtda maşınla vurulan piyada ölüb

Sumqayıtda maşınla vurulan piyada ölüb
  06 Noyabr 2018    Oxunub:2904
Sumqayıt şəhərində piyadanın ölümü ilə nəticələnmiş yol-nəqliyyat hadisəsi baş verib.
DİN-dən Azvision.az-a verilən xəbərə görə, noyabrın 5-də saat 17 radələrində Sumqayıt şəhəri ərazisində şəhər sakini Spartak Cəbiyev idarə etdiyi “KamAZ-55111” markalı avtokranla yolu keçən həmyerliləri Elvin Ağayevi və Rasim Rüstəmlini vurub.

Nəticədə E.Ağayev hadisə yerində ölüb, R.Rüstəmli xəstəxanaya yerləşdirilib. Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Azvision.az



Teqlər: DİN   Piyada  





Xəbər lenti