Həftəsonu 237 cinayət törədilib - 53 nəfər tutulub
Daxili İşlər Nazirliyindən Azvision.az-a verilən xəbərə görə, əvvəlki dövrlərdən bağlı qalmış 25 cinayətin açılması təmin olunub.
Respublikanın avtomobil yollarında 4 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 1 nəfər ölüb, 6 nəfər xəsarət alıb. Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 8 fakt müəyyən edilib. Cinayət törətməkdə şübhəli bilinən 53 nəfər saxlanılıb.
Azvision.az