Bakıda ikimərtəbəli evdə yanğın olub

Bakıda ikimərtəbəli evdə yanğın olub
  04 Noyabr 2018    Oxunub:2914
Paytaxtda yanğın qeydə alınıb.
Azvision.az FHN-ə istinadən xəbər verir ki, Bakı şəhərinin Yasamal rayonunda ikimərtəbəli yaşayış binasının 2-ci mərtəbəsində ümumi sahəsi 80 m² olan 3 otaqlı mənzilin tavanı 1 m² sahədə və taxtadan ibarət arakəsmə divarı 4 m² sahədə yanıb.

Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Azvision.az



Teqlər: FHN  





Xəbər lenti