Gömrükdə külli miqdarda brilyant qaş aşkarlanıb - FOTO+VİDEO
E. Bilala məxsus əl yükü 1-ci terminalın gəliş zalında quraşdırılmış rentgen aparatından keçirilən zaman monitorda şübhəli əşyaların təsvirləri əks olunduğuna görə, sərnişin saxlanılıb və onun çantası yoxlanılıb. Bu zaman qəhvəyi rəngli dəri bel çantasının alt hissəsinin astarı kəsilərək gizlədilmiş, yapışqan lentlə üzlənmiş 1ədəd kağız büküm və həmin bükümün içərisində 5 ədəd kiçik həcmli polietilen paketlər aşkar olunub.
Kiçik həcmli polietilen paketlərə ayrı-ayrılıqda baxış keçirilərkən gömrük nəzarətindən gizlədilmiş, qablaşdırma ilə birlikdə ümumi çəkisi 95 qram olan 2 638 ədəd brilyant qaşlar aşkar olunub. Faktla bağlı araşdıma aparılır.
Azvision.az
Teqlər: DGK