3 maşını oğurlayan şəxs tutuldu

3 maşını oğurlayan şəxs tutuldu
  03 Noyabr 2018    Oxunub:2959
Nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyindən Azvision.az-a verilən məlumata görə, Sumqayıt Şəhər Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Ə.Rəhimovun “TOFAŞ”, E.Soltanovun “VAZ-2106” və A.Mustafayevin “VAZ-2107” markalı avtomobillərini qaçırmaqda şübhəli bilinən şəxs saxlanılıb.

Araşdırmalarla onun Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Füzuli Soltanov olduğu müəyyən edilib.

Şəxsi axtarış zamanı ondan metamfetamin, 1 ədəd gözyaşardıcı balon və 1 ədəd bıçaq aşkar edilərək götürülüb.

Araşdırma aparılır.

Azvision.az


Teqlər: Maşın   Oğurluq   DİN  





Xəbər lenti