Piyadanı vurub qaçan sürücü axtarışa verildi

 Piyadanı vurub qaçan sürücü axtarışa verildi
  02 Noyabr 2018    Oxunub:4378
Şəmkir rayonunun Muxtariyyə kəndi ərazisində müəyyən edilməmiş avtomobillə rayon sakini vurulub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Azvision.az-a verilən məlumata görə, noyabrın 1-də saat 20:00 radələrində Şəmkir rayonunun Muxtariyyə kəndi ərazisində müəyyən edilməmiş avtomobillə Kür qəsəbə sakini Zahir Səfərov vurulub və nəticədə piyada hadisə yerində ölüb.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.

Azvision.az



Teqlər: Piyada   Şəmkir  





Xəbər lenti