Lənkəranda evdən oğurluq edən şəxs tutulub

Lənkəranda evdən oğurluq edən şəxs tutulub
  02 Noyabr 2018    Oxunub:4055
Lənkəran rayonu ərazisindəki evlərin birindən oğurluq törətməkdə şübhəli bilinən şəxs saxlanılıb.
DİN-dən Azvision.az-a verilən xəbərə görə, Kriminalistik Tədqiqatlar İdarəsi və Lənkəran ŞRPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oktyabrın 20-də rayon ərazisindəki evlərin birindən 200 manat, noutbuk, mobil telefon, 3 ədəd qol saatı və müşahidə kamerası oğurlamaqda şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş Qoşqar Ağarzayev saxlanılıb.

Azvision.az


Teqlər: DİN   Oğurluq  





Xəbər lenti