Narkotik alverçisi 8 kq marixuana ilə tutuldu

Narkotik alverçisi 8 kq marixuana ilə tutuldu
  02 Noyabr 2018    Oxunub:3119
Nərimanov Rayon Polis İdarəsinin (RPİ) 18-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Şəki şəhər sakini, əvvəllər məhkum olunmuş Sadiq Şabanov saxlanılıb.
DİN-dən Azvision.az-a verilən xəbərə görə, ondan çəkisi 8 kiloqram 200 qram olan marixuana götürülüb.

Qaradağ RPİ 11-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində isə Bakı şəhər sakini Eldəniz Əhmədovdan çəkisi 2 kiloqramdan artıq marixuana götürülüb. Faktlarla bağlı cinayət işləri başlanılıb.

Azvision.az


Teqlər: DİN   Narkotik  





Xəbər lenti