Azərbaycanda bir ayda 3366 cinayət törədilib

 Azərbaycanda bir ayda 3366 cinayət törədilib
  01 Noyabr 2018    Oxunub:3059
Oktyabr ayında respublika üzrə 3366 cinayət faktı qeydə alınıb.
Azvision.az Daxili İşlər Nazirliyinin (DİN) saytında yer alan məlumatlara istinadən bildirir ki, ay ərzində axtarışda olduğuna görə 835 nəfər saxlanılaraq aidiyyatı üzrə təhvil verilib.

Qeyd edək ki, bu müddətdə cinayət törətməkdə şübhəli bilinən 750 nəfər saxlanılıb.

Anar Kəlbiyev
Azvision.az


Teqlər: Cinayət   Axtarış   DİN  



Xəbər lenti