Qadın əcnəbi vətəndaşın evini qarət edib

Qadın əcnəbi vətəndaşın evini qarət edib
  01 Noyabr 2018    Oxunub:3389
Xətai RPİ-nin 37-ci Polis Şöbəsinə müraciət edən əcnəbi vətəndaş müvəqqəti yaşadığı mənzildən 900 ABŞ dolları və 650 manat pulunun, habelə 130 manat dəyərində ərzaq məhsullarının bir qadın tərəfindən oğurlandığını bildirib.
DİN-dən Azvision.az-a verilən xəbərə görə, dərhal əməliyyat-axtarış tədbirlərinə başlayan polis əməkdaşları qısa müddətdə həmin şəxsi müəyyənləşdiriblər.

Görülmüş tədbirlərlə oğurluğu törətməkdə şübhəli bilinən Gəncə şəhər sakini M.Mehdiyeva saxlanılıb. ​Araşdırma aparılır.

Azvision.az


Teqlər: DİN   Oğurluq  



Xəbər lenti