Bu günə yağış gözlənilir
Havanın temperaturu Abşeron yarımadasında gecə 10-14, gündüz 15-17, Bakıda gecə 12-14, gündüz 15-17 dərəcə isti təşkil edəcək. Atmosfer təzyiqi normadan yüksək 775 mm civə sütunundan 780 mm civə sütununa yüksələcək. Nisbi rütubət 75-85 faiz olacaq.
Azərbaycanın rayonlarında noyabrın 1-də bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağışın intensiv olacağı ehtimalı var. Səhər bəzi yerlərdə duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 6-11, gündüz 15-20, dağlarda gecə 0-5, gündüz 10-15 dərəcə isti təşkil edəcək.
Tibbi-meteoroloji proqnoza görə, noyabrın 1-də Abşeron yarımadasında iqlim normasına yaxın temperatur şəraiti meteohəssas insanlar üçün əsasən əlverişli olsa da, havada rütubətin normadan bir qədər yüksək olacağı gözlənilir ki, bu da bəzi meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.
Ölkə ərazisində noyabrın 2-si gündüzədək hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə yağışın intensiv olacağı ehtimal olunur. Çaylarda sululuğun artacağı ehtimalı var.
Azvision.az