Bu gecə hava dəyişkən buludlu olacaq

Bu gecə hava dəyişkən buludlu olacaq
  31 Oktyabr 2018    Oxunub:2640
Oktyabrın 31-i gecə saatlarında gözlənilən hava şəraiti açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Azvision.az-a verilən məlumatına görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi əsəcək. Havanın temperaturu 10-14 dərəcə isti təşkil edəcək.

Azərbaycanın rayonlarında arabir yağış yağacağı gözlənilir. Qərb küləyi əsəcək. Havanın temperaturu 6-11, dağlarda 0-5 dərəcə isti təşkil edəcək.

Azvision.az



Teqlər: ETSN   Hava  





Xəbər lenti