Yasamalda ikimərtəbəli evdə yanğın olub

Yasamalda ikimərtəbəli evdə yanğın olub
  31 Oktyabr 2018    Oxunub:2620
Bakıda yanğın hadisəsi qeydə alınıb.
Azvision.az FHN-ə istinadən xəbər verir ki, Yasamal rayonunda ümumi sahəsi 50 m2 olan ikimərtəbəli 3 otaqlı evin 2-ci mərtəbəsinin taxtadan ibarət yanar konstruksiyaları 25 m2 sahədə, 1-ci mərtəbəsində mətbəxin yanar konstruksiyaları 12 m2 sahədə və bitişik tikilmiş ümumi sahəsi 40 m2 olan birmərtəbəli 3 otaqlı evin yanar konstruksiyaları 18 m2 sahədə yanıb.

Hər iki evin qalan hissəsi və digər bitişik evlər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Azvision.az





Teqlər: FHN  





Xəbər lenti