Qazaxda ağır qəza: Ata öldü, qızı yaralandı

 Qazaxda ağır qəza:  Ata öldü, qızı yaralandı
  31 Oktyabr 2018    Oxunub:3860
Qazax rayonunun Daş Salahlı kəndi ərazisində iki “VAZ” markalı avtomobil toqquşub.
DİN-dən Azvision.az-a verilən məlumata görə, oktyabrın 30-da saat 11 radələrində Qazax rayonunun Daş Salahlı kəndi ərazisində rayon sakinləri Hidayət Osmanovun və İsrayıl Rzayevin idarə etdikləri iki “VAZ” markalı avtomobil toqquşub. Nəticədə hər iki sürücü və H.Osmanovun sərnişini olan qızı xəstəxanaya yerləşdirilib, H.Osmanov orada ölüb.

Qazax RPŞ tərəfindən araşdırma aparılır.

Azvision.az


Teqlər: Qazax   Qəza   DİN  





Xəbər lenti