Rusiyadan narkotik gətirən şəxs gömrükdə tutuldu

Rusiyadan narkotik gətirən şəxs gömrükdə tutuldu
  31 Oktyabr 2018    Oxunub:2145
Dövlət Gömrük Komitəsinin Şimal Ərazi Baş Gömrük İdarəsinin "Samur" gömrük postunun idxal piyada keçid xəttinə daxil olan Rusiya vətəndaşı saxlanılıb.
Dövlət Gömrük Komitəsindən Azvision.az-a verilən məlumata görə, saxlanılan şəxsin üzərində aparılmış şəxsi yoxlama zamanı üstündən narkotik vasitələr aşkar edilib.

Belə ki, onun əynindəki gödəkçənin sağ iç cibində kağız bükülünün içərisindən, ümumi çəkisi 1.525 qram tütünlə qarışıq kütlədə təmiz çəkisi 1.021 qram, 1 ədəd kibrit qutusunun içərisindən çətənə bitkisindən kustar üsulla hazırlanmış təmiz çəkisi 3.957 qram olan narkotik vasitə - marixuana, sellofan bükümdə isə təmiz çəkisi 1.310 qram olan narkotik vasitə - həşiş qətranı aşkarlanıb.

Azvision.az



Teqlər: Gömrük   Narkotik  





Xəbər lenti