Qazax sakini qohumunu tüfənglə hədələdi

Qazax sakini qohumunu tüfənglə hədələdi
  31 Oktyabr 2018    Oxunub:2486
Oktyabrın 30-da Qazax Rayon Polis Şöbəsinə müraciət edən Aslanbəyli kənd sakini O.Çələbiyev həmin gün sərxoş halda yaşadığı evə gələn Kamandar adlı qohumunun tüfənglə onu öldürəcəyi ilə hədələdiyini bildirib.
DİN-dən Azvision.az-a verilən xəbərə görə, rayon sakini Kamandar Nəsibov polis əməkdaşları tərəfindən saxlanılıb, ondan tir tüfəngi götürülüb. Rayon Polis Şöbəsində araşdırma aparılır.

Azvision.az


Teqlər: DİN  





Xəbər lenti