Türkiyədə "ərə gedən" azərbaycanlı qadının inanılmaz fırıldağı - FOTO

Türkiyədə "ərə gedən" azərbaycanlı qadının inanılmaz fırıldağı -  FOTO
  30 Oktyabr 2018    Oxunub:8180
Azərbaycanlı qadın Türkiyədə evləndiyi kişini aldadıb.
Azvision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Sivas bölgəsində yaşayan 32 yaşlı İsmayıl Doğan 2 ay əvvəl 3 min lirə başlıq pulu ödəyərək azərbaycanlı G.Daşdəmirova ilə evlənib. Onlar arasında dini kəbin kəsilib.

Kocaeli Karamürseldən gəlin gətirən Doğan sevincindən maşının üstünə “Türkiyədə yoxdur, Azrbaycandan aldım” deyə yazdırsa da, sonradan buna peşman olub.



Doğanın iddiasına görə, evləndikləri gündən sonra Daşdəmirova ondan müxtəlif səbəblərlə pul istəməyə başlayıb. Doğan rəsmi nikah söhbətini açdıqda isə həyat yoldaşı xəstələndiyini iddia edib və evi tərk edib. Doğan azərbaycanlı xanıma bu günə qədər 60 min lirə xərcləyib.



Həyat yoldaşının yoxa çıxdığını görən kişi polisə şikayət edib. Məlum olub ki, dini kəbin kəsdirdiyi xanım 10 ildir başqası ilə evlidir.

Azvision.az



Teqlər: Türkiyə  





Xəbər lenti