Bir gündə 3 piyada ölümü

Bir gündə 3 piyada ölümü
  29 Oktyabr 2018    Oxunub:2928
Oktyabrın 28-də saat 13 radələrində Şəmkir rayonunun Çinarlı qəsəbəsi ərazisində Abbaslı kənd sakini İbrahim Bədirov idarə etdiyi “VAZ-2106” markalı avtomobillə yolu keçən qəsəbə sakini, azyaşlı Zəhra Həsənovanı vurub.
DİN-dən Azvision.az-a verilən məlumata görə, nətəcədə uşaq hadisə yerində ölüb. Bundan başqa oktyabrın 28-də saat 22 radələrində Şəmkir rayonunun Şiştəpə kəndi ərazisində şəhər sakini Cəmil İbadullayev idarə etdiyi “Lexus” markalı avtomobillə yolu keçən kənd sakini Natiq Məmmədovu vurmuş və nəticədə piyada hadisə yerində ölüb.

Anoloji hadisə Mingəçevirdə qeydə alınıb. Belə ki, oktyabrın 28-də saat 11 radələrində Mingəçevir şəhəri ərazisində şəhər sakini Mübariz Atayev idarə etdiyi “JAC” markalı avtomobillə yolun hərəkət hissəsində velosiped sürən həmyerlisi Saat Mikayılovu vurub. Xəstəxanaya yerləşdirilən S.Mikayılov orada ölüb. Faktlarla bağlı araşdırma aparılır.

Azvision.az


Teqlər: DİN   Piyada  





Xəbər lenti