Qəbələdə yanan ərəblərin vəziyyəti stabildir

Qəbələdə yanan ərəblərin vəziyyəti stabildir
  29 Oktyabr 2018    Oxunub:2625
"Respublika Yanıq Mərkəzində olan ərəblərin vəziyyəti stabildir"
Səhiyyə Nazirliyinin mətbuat xidmətinin mütəxəssisi Səfayə Əhmədova Azvision.az-a bildirib ki, ərəblərin üzərində bir neçə əməliyyat icra olunub.

“Onlar artıq palataya köçürülüb və müalicələri davam etdirilir. Ərəblərdən biri artıq gəzir”.

Qeyd edək ki, oktyabrın 8-də səhər saatlarında Qəbələ rayonunun mərkəzində yerləşən fərdi evlərdən birində baş verən yanğın nəticəsində suriyalı ailənin 6 üzvü xəsarət alıb, 1 nəfər isə dünyasını dəyişib.

Aytən Zəhra
Azvision.az



Teqlər: Səhiyyə-Nazirliyi  





Xəbər lenti