İki gündə 198 cinayət faktı qeydə alınıb

 İki gündə 198 cinayət faktı qeydə alınıb
  29 Oktyabr 2018    Oxunub:2644
Respublikanın daxili işlər orqanları tərəfindən 2 gün ərzində (şənbə-bazar) 198 cinayət faktı qeydə alınıb, onların da 27-si “isti izlər”lə açılıb.
Daxili İşlər Nazirliyindən Azvision.az-a verilən məlumata görə, əvvəlki dövrlərdən bağlı qalmış 11 cinayətin açılması təmin olunub. Axtarışda olduğuna görə ümumilikdə 19 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 16 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 11, qanunsuz saxlanılan silah-sursatla bağlı 2 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 34 nəfər saxlanılıb.

Azvision.az


Teqlər: DİN   Cinayət  





Xəbər lenti