Xaçmazda və Cəlilabadda yanğın olub

Xaçmazda və Cəlilabadda yanğın olub
  28 Oktyabr 2018    Oxunub:2960
Xaçmaz şəhərində bir-birinə bitişik tikilmiş, hər birinin sahəsi 20 m2 olan iki köməkçi tikilinin dam örtüyünün yanar konstruksiyaları yanıb.
Azvision.az FHN-ə istinadən xəbər verir ki, yaxınlıqdakı ev yanğından mühafizə olunub. Yanğın söndürülüb.

Cəlilabad rayonunun Privolnoye kəndində isə ümumi sahəsi 108 m2 olan birmərtəbəli 3 otaqlı evin bir otağının tavanı və çardağı 16 m2 sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Azvision.az


Teqlər: FHN   Yanğın  





Xəbər lenti