Sabaha olan hava proqnozu açıqlanıb

 Sabaha olan hava proqnozu açıqlanıb
  27 Oktyabr 2018    Oxunub:3825
Oktyabrın 28-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Gündüz yarımadanın bəzi yerlərində çiskinli yağış yağacağı ehtimalı var. Mülayim cənub küləyi gündüz arabir güclənəcək.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentindən Azvision.az-a verilən məlumata görə, havanın temperaturu Abşeronda gecə 7-9° gündüz 17-19° isti, Bakıda gecə 7-9°, gündüz 17-19° isti təşkil edəcək. Atmosfer təzyiqi 775 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 65-75 % olacaq.

Azərbaycanın rayonlarında sabah hava şəraiti əsasən yağmursuz olacaq. Lakin gecə və səhər bəzi yerlərdə yağıntılı olacağı ehtimalı var. Səhər ayrı-ayrı yerlərdə duman. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 8-12°, gündüz 17-22°, dağlarda gecə 1° şaxtadan 4°-dək isti, gündüz 4-8° isti, yüksək dağlıq ərazilərdə gecə 5-10° şaxta, gündüz 0-3° isti təşkil edəcək.

Azvision.az



Teqlər: ETSN   Hava   Proqnoz  





Xəbər lenti