Ötən gün 111 cinayət faktı qeydə alınıb

 Ötən gün 111 cinayət faktı qeydə alınıb
  27 Oktyabr 2018    Oxunub:2811
Oktyabrın 26-dan 27-dək respublikanın daxili işlər orqanları tərəfindən 111 cinayət faktı qeydə alınıb.
Daxili İşlər Nazirliyindən Azvision.az-a verilən məlumata görə, qeydə alınan cinayətlərin 18-si “isti izlər”lə açılıb.

Əvvəlki dövrlərdən bağlı qalmış 1 cinayətin açılması təmin olunub, axtarışda olduğuna görə ümumilikdə 37 nəfər, o cümlədən mülki-hüquqi öhdəliklərin icrasından yayındığına görə 1 nəfər, borclu şəxs qismində axtarışda olan 28 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Məlumata görə, ötən gün respublikanın avtomobil yollarında 3 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 1 nəfər ölüb, 7 nəfər xəsarət alıb. Bundan başqa, daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 7 fakt müəyyən edilib. Cinayət törətməkdə şübhəli bilinən 20 nəfər saxlanılıb.

Azvision.az


Teqlər: DİN   Cinayət  





Xəbər lenti