Bərdədə evdən külli miqdarda qızıl oğurlanıb

Bərdədə evdən külli miqdarda qızıl oğurlanıb
  26 Oktyabr 2018    Oxunub:3399
Bərdə rayonunda evlərdən pul və qızıl-zinət əşyaları oğurlayan şəxs tutulub.
Daxili İşlər Nazirliyindən Azvision.az-a verilən xəbərə görə, Bərdə rayon Polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oktyabrın 23-də rayon ərazisindəki evlərin birindən 2000 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Bərdə şəhər sakini Zamin Qurbanlı saxlanılıb.

Onun oktyabrın 24-də daha 1 evdən 200 manat, 80 ABŞ dolları və 14000 rus rublu, habelə qızıl və məişət əşyaları oğurlaması da müəyyən edilib.

Azvision.az



Teqlər: DİN   Oğurluq  





Xəbər lenti