Narkotik alverçisi 1 kq heroinlə tutuldu

Narkotik alverçisi 1 kq heroinlə tutuldu
  26 Oktyabr 2018    Oxunub:3014
Sumqayıt Şəhər Polis İsdarəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində Lənkəran rayon sakini İsmət Babayevin idarə etdiyi “Toyota” markalı avtomobil şəhər ərazisində nəzarət qaydasında saxlanılıb.
DİN-dən Azvision.az-a verilən xəbərə görə, şəxsi axtarış zamanı sərnişin, Masallı rayon sakini İltimas Əliyevin üzərindən çəkisi 1 kiloqram 100 qram narkotik vasitə olan heroin aşkar edilərək götürülüb.

Araşdırmalar zamanı İ.Əliyevin həmin narkotiki Masallı rayonu ərazisində tanımadığı İran vətəndaşından aldığı və İ.Babayevlə birgə satmaq məqsədilə Sumqayıt şəhərinə gəldikləri müəyyən edilib. Faktla bağlı araşdırma aparılır.

Azvision.az


Teqlər: DİN   Narkotik  





Xəbər lenti