Evlərdən qaz sayğacı oğurlayan şəxs tutulub

Evlərdən qaz sayğacı oğurlayan şəxs tutulub
  25 Oktyabr 2018    Oxunub:2914
Xəzər RPİ 2-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində saxlanılan Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Mütəllim Əliyevdən narkotik vasitə olan heroin aşkar edilərək götürülüb.
DİN-dən Azvision.az-a verilən xəbərə görə, polis əməkdaşları tərəfindən ətrafında aparılan əməliyyat tədbirləri ilə onun digər cinayət əməllərinin də üstü açılıb.

Belə ki, sentyabr ayından oktyabrın 22-dək olan müddətdə onun rayon ərazisində 12 həyətyanı sahədən qaz sayğaclarını oğurlaması müəyyən edilib. Araşdırma aparılır.

Azvision.az



Teqlər: DİN   Oğurluq  





Xəbər lenti