Bakıda "BMW" maneəyə çırpılaraq yanıb

Bakıda "BMW" maneəyə çırpılaraq yanıb
  25 Oktyabr 2018    Oxunub:2730
Bakı şəhərinin Nərimanov rayonunda "BMW" markalı minik avtomobilinin beton maneəyə çırpılması nəticəsində yanğınla nəticələnən yol-nəqliyyat qəzası baş verib.
Azvision.az FHN-ə istinadən xəbər verir ki, yanğın nəticəsində avtomobilin mühərrik hissəsi yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Azvision.az



Teqlər: FHN   Yanğın  





Xəbər lenti