Narkoman sürücü avtobusla 20 yaşlı qızı öldürdü - Rəsmi
Fakta görə Sabunçu rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 263.2-ci (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanaraq zəruri ekspertizalar təyin edilib, şahidlər dindirilib.
Z.Quliyev iş üzrə təqsirləndirilən şəxs qismində cəlb olunaraq ona Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə ittiham elan edilməklə məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.
İstintaq zamanı avtobusun sürücüsünün narkotik vasitələrdən istifadə etməsi müəyyən edildiyindən sürücünün sərnişin daşıma ilə məşğul olmasına şərait yaratmış “General Avtocompany” MMC-nin vəzifəli şəxsləri barəsində Bakı şəhər prokurorluğunun İstintaq İdarəsində araşdırmalara başlanılıb. Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.
Azvision.az
Teqlər: Bakı Prokurorluq