Şabranda yeniyetmə qonşusunu güllələyib

Şabranda yeniyetmə qonşusunu güllələyib
  15 Oktyabr 2018    Oxunub:2829
Oktyabrın 13-də Şabran rayonunun Zeyvə kənd sakini Mahir Şıxəliyev qırma yaraları ilə xəstəxanaya gətirilib və həmin gün orada ölüb.
DİN-dən AzVision.az-a verilən xəbərə görə, polis və prokuroluq orqanlarının əməkdaşları tərəfindən aparılan araşdırmalar zamanı qonşusu olan bir yeniyetmənin ov tüfəngi ilə ehtiyatsız davranması nəticəsində açılmış atəşlə M.Şıxəliyevin baş nahiyəsinə xəsarət yetirməsi müəyyən edilib.

Yeniyetmə saxlanılıb, “TOZ-12” və “İJ-16” markalı tüfənglər maddi sübut kimi götürülüb.
Faktla bağlı cinayət işi başlanılıb.

AzVision.az


Teqlər: DİN   Tüfəng  





Xəbər lenti