Bakıda 5 nəfər liftdə qalıb

  14 Oktyabr 2018    Oxunub : 2398
Bakıda 5 nəfər liftdə qalıb
Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhərinin Nizami rayonunda 5 nəfər liftdə köməksiz vəziyyətdə qalıb.
AzVision.az FHN-ə istinadən xəbər verir ki, hadisə yerinə cəlb olunmuş Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri vətəndaşların liftdən çıxmasına kömək ediblər. Əməliyyat başa çatıb.

AzVision.az


Teqlər: FHN   Lift