Kanalda batan 47 yaşlı şəxsin meyiti tapılıb

Kanalda batan 47 yaşlı şəxsin meyiti tapılıb
  13 Oktyabr 2018    Oxunub:3530
Yuxarı Qarabağ kanalının Beyləqan rayonunun Eyvazalılar kəndi ərazisindən keçən hissəsində batdığı ehtimal olunan 1971-ci il təvəllüdlü Mirzəyev Mərdan Qardaşxan oğlunun axtarışları başa çatıb.
AzVision.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumatına görə, M.Mirzəyevin meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib. Əməliyyat başa çatıb.

AzVision.az


Teqlər: FHN  





Xəbər lenti