Almaniyada oğurlanan maşın Azərbaycanda tapıldı - FOTO

Almaniyada oğurlanan maşın Azərbaycanda tapıldı - FOTO
  13 Oktyabr 2018    Oxunub:8197
Azərbaycan gömrükçüləri ölkə ərazisinə Almaniyadan oğurlanaraq gətirilmiş avtomobilin aşkara çıxarılmasını təmin edib.
DGK-dan AzVision.az-a verilən xəbərə görə, Dövlət Gömrük Komitəsi Aksizli Mallar üzrə Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat şöbəsinə daxil olan əməliyyat məlumatı əsasında, Azərbaycan vətəndaşı Nəzərov Babək Sərvər oğluna məxsus “Mercedes-Benz E 220” markalı avtomobil saxlanılıb.



2018-ci il buraxılışlı, WDD2130041A514487 şassi nömrəli, MDS 5062 qeydiyyat nişanlı həmin avtomobilin sənədlərinə gömrük baxışı zamanı sənədlərin həqiqiliyi şübhə doğurub. Araşdırma aparılarkən məlum olub ki, “Mercedes-Benz E 220” markalı avtomobil Almaniya Federativ Respublikasının Münxen şəhərində fəaliyyət göstərən “Sixt Gmbh & Co” kirayə şirkətinə məxsusdur. Faktla bağlı araşdırma aparılır.

AzVision.az


Teqlər: DGK   Maşın  





Xəbər lenti