Gürcüstanı Osetiyadan ayıran tikanlı məftillər Bakı-Supsa kəmərinə maneədir – VİDEO

Gürcüstanı Osetiyadan ayıran tikanlı məftillər Bakı-Supsa kəmərinə maneədir – VİDEO
  27 Oktyabr 2013    Oxunub:1200
AzVision.az `BBC` istinadən xəbər verir ki, Paytaxt Tiflisdən 40 dəqiqəlik yolda Cənubi Osetiya ilə inzibati sərhəddə yer alan Bobnevi kəndində insanlar tikanlı məftillər arasında dustağa çevrilib. 2008-ci ildə Rusiya ilə səkkiz günlük müharibən sonra, burada AB müşahidəçiləri çalışır.
Müharibə zamanı kəndlilərin çoxu evlərini tərk etmək məcburiyyətində qalıblar, qalmağa qərar verənlər isə rusların bağladığı tikanlı məftillərin arxasında yaşayır. Bu isə onların həyatın iflic vəziyyətinə qoyur.

Prezident Mixail Saakaşvilinin BMT-nin iclası zamanı çıxışında dediyinə görə isə ruslar məftillərin sahəsin genişləndirərək Gürcüstan iqtisadiyyatında həyati önəm daşıyan Bakı-Supsa neft kəmərinin sahəsinə yaxınlaşaraq maneçilik törətməyə çalışır.

Yeni baş nazir isə məsələnin həllin prezident seçkilərində görür. Nazirin fikrincə yeni prezident ruslarla əlaqəni düzəldə biləcək. Hər bir halda bu prezident seçkilərində tikanlı məftillərin o biri tayında qalanlar çətin səs verə bilə.





















Teqlər:  





Xəbər lenti