“WhatsApp” istifadəçilərinə xəbərdarlıq

“WhatsApp” istifadəçilərinə xəbərdarlıq
  12 Oktyabr 2018    Oxunub:2261
"WhatsApp" messencerinin istifadəçilərinə hesab məlumatlarına mümkün haker hücumları barədə xəbərdarlıq edilib.
AzVision.az xarici mətbuata istinadən xəbər verir ki, şirkət nümayəndələrinin sözlərinə görə, "Android" və "iOS" əməliyyat sistemlərində işləyən mobil əlavələr təhlükəyə məruz qala bilər.

Mütəxəssislərin sözlərinə görə, zərərli proqram daxil olan videozəng cavablandırılan zaman işə düşür. Mobil əlavənin ələ keçirilməsi üçün hakerlər "WhatsApp"ın dinamik yaddaşını özünə tabe edən yoluxdurulmuş "RTP" protokolundan istifadə edirlər.

AzVision.az


Teqlər: WhatsApp  





Xəbər lenti