Qəzaya düşən şəxs xəstəxanada ölüb

Qəzaya düşən şəxs xəstəxanada ölüb
  11 Oktyabr 2018    Oxunub:3883
Oktyabrın 10-da saat 6 radələrində Abşeron rayonunun Xırdalan şəhəri ərazisində Saray qəsəbə sakini Faiq Məmmədov idarə etdiyi “Hyundai” markalı avtomobili yol ayırıcısına vurub.
DİN-dən AzVision.az-a verilən xəbərə görə, nəticədə xəsarət almış sərnişini, Sumqayıt şəhər sakini Rəcəb Rəsulzadə xəstəxanaya yerləşdirilib və orada ölüb. Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

AzVision.az


Teqlər: DİN   Qəza  





Xəbər lenti