Bakıda 3-cü sinif şagirdi intihara cəhd edib

Bakıda 3-cü sinif şagirdi intihara cəhd edib
  11 Oktyabr 2018    Oxunub:4846
Bakıda şagird özünü 3-cü mərtəbədən atmaq istəyib. Hadisə 302 nömrəli tam orta məktəbdə baş verib.

Məktəbdən AzVision.az-a verilən məlumata əsasən, oktyabrın 10-da saat 08:48 radələrində, tənəffüs zamanı III sinif şagirdi (müvafiq səbəblərə görə şagirdin adı qeyd olunmur) məktəbin 3-cü mərtəbəsinə qaçaraq özünü pəncərədən atmaq istəyib. Şagirdin bu cəhdinin qarşısı alınıb.
“Ötən tədris ilindən dərsə davamiyyəti yaxşı olmadığına görə müvafiq tədbirlər görülüb və aydın olub ki, şagird dini təriqətli valideynlərinin təsiri altındadır. Şagirdin qardaşı da bu məktəbdə 2-ci sinifdə təhsil alır. Hər iki şagirdlə bağlı babaları məktəb rəhbərliyinə müraciət edərək oğlunun dini təriqətə qoşulduğunu deyib və uşaqların təhsildən yayındığını bildirərək məktəbdən kömək istəyib”, - deyə məktəbdən bildirilib.

Qeyd olunub ki, məktəb rəhbərliyi bununla bağlı şagirdlərin evində olub, valideynlərlə söhbət aparıb, müvafiq tövsiyələr verib: “Məktəb psixoloqu və müəllimlər də məsələnin həllinə cəlb olunub. Yeni dərs ilindən şagirdlərin dərsə davamiyyəti düzəlsə də, tez-tez dərsdən qaçmağa və digər neqativ addımlar atmağa cəhd edirlər”.

Aytən Zəhra
AzVision.az


Teqlər: Məktəb   İntihar  





Xəbər lenti